Abşeron Logistka Mərkəzində AzTU-nun tədris mərkəzi fəaliyyətə başladı - Foto

12:10 - 9 Fevral 2023 - Cəmiyyət

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Abşeron Logistka Mərkəzinə səfər edib.

Ucnoqta.az xəbər verir ki, səfər çərçivəsində AzTU-nun rektoru Vilayət Vəliyev və Abşeron Logistka Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev arasında görüş keçirilib.

Rektor AzTU-da nəqliyyat və logistika sahəsində görülən işlər, həmçinin Logistika və Nəqliyyat İnstitutunun fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr barədə məlumat verib. Qeyd olunub ki, magistr tələbələr üçün müvafiq fənlərin Abşeron Logistka Mərkəzində keçirilməsi onların perspektiv inkişafı istiqamətində uğurlu ola bilər. Eyni zamanda, Abşeron Logistka Mərkəzinin mütəxəssislərinin AzTU-da tədrisə cəlb olunması da tədrisin keyfiyyətinin yüksəldilməsinə öz töhfəsini verə bilər.

Abşeron Logistka Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev  qeyd olunan məsələlərinin önəmini vurğulayıb və işlərin operativ həlli üçün müştərək komissiyanın yaradılmasını təklif edib.
Daha sonra Abşeron Logistka Mərkəzində AzTU-nun tədris mərkəzinin açılışı olub. Mərkəzin açılmasında əsas məqsəd bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alan tələbələrə sənayenin problemləri ilə daha yaxından tanış olmaq, tədris prosesi və tədqiqatları bilavasitə istehsalat şəraitində yerinə yetirmək imkanı yaratmaqdan ibarətdir. Tələbələrin praktik dərslərinin əsasən mərkəzdə təşkil olunması da planlaşdırılıb.

Qeyd edək ki, tədris mərkəzində AzTU-nun Nəqliyyat və logistika fakültəsinin tələbələri təhsil alacaq.


Xəbər xətti