Makron Zelenskini “Şərəf Legionu” ordeni ilə təltif edib

10:23 - 9 Fevral 2023 - DÜNYA

Fransa prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenskini Fransanın ən yüksək mükafatı olan “Şərəf Legionu” ordeni ilə təltif edib.

Ucnoqta.az xəbər verir ki, o, öz Twitter səhifəsində yerləşdirib.

"Mən Ukraynaya və onun xalqına ehtiramımı bildirirəm. Volodimir, sizə cəsarətinizə və qətiyyətinizə hörmətimi bildirirəm", - Makron yazıb.

Zelenski Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltzla görüşmək üçün Parisə gəlib. Onun cümə axşamı Brüsseldə planlaşdırılmamış Aİ sammitində iştirak edəcəyi gözlənilir.

Xəbər xətti