Türkiyəli müğənni, yoldaşı və qızları həlak oldu

09:35 - 9 Fevral 2023 - DÜNYA

Kahramanmaraşda baş verən güclü zəlzələ nəticəsində türkiyəli müğənni Əziz Taştan ailəsi ilə birlikdə həlak olub.

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adıyamanda yaşayan sənətçinin həyat yoldaşı və 2 qızı dağıntılar altında qalıb. 

Xatırladaq ki, Türkiyədə baş verən zəlzələlərdə 9 min 57 nəfər həlak olub, 52 min 979 nəfər yaralanıb, 6 min 444 bina isə dağılıb.

 

Xəbər xətti