Britaniyanın baş naziri Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə söz verib

00:24 - 9 Fevral 2023 - DÜNYA

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Rişi Sunak ehtiyac olarsa Rusiya Federasiyasına qarşı sanksiyaları sərtləşdirəcəyini vəd edib.

Ucnoqta.az xəbər verir ki, Sunak bunu Dorsetdəki (Böyük Britaniya) hərbi bazada Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib.

Sunak xatırladıb ki, o, əvvəllər maliyyə naziri olub və İngiltərə bütün ölkələr arasında Rusiyanın Ukraynaya qarşı müharibəsinin əvvəlindən Rusiyanın təcavüzünün qəbuledilməz olduğunu nümayiş etdirmək üçün ən geniş və ən qabaqcıl sanksiyalar paketlərini təqdim edib.

"Və biz onları bütün mümkün vasitələrlə cəzalandıracağıq", - Sunak vurğulayıb.

O bildirib ki, bu gün Rusiya Federasiyasına qarşı yeni sanksiyalar elan edilib.

Onun sözlərinə görə, Britaniya, məsələn, Rusiya banklarının SWIFT beynəlxalq pul köçürmə sistemindən ayrılmasına gəldikdə, çox sərt sanksiyaların tətbiqi üzrə beynəlxalq səylərə rəhbərlik edib.

Xəbər xətti