Rusiya ABŞ-a qarşı sanksiyaları genişləndirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında yer alan məlumatda deyilir.
Vaşinqtonun şəxsi sanksiyalara məruz qalan Rusiya vətəndaşlarının siyahısını genişləndirməyə davam etməsinə cavab olaraq, 77 amerikalı üçün Rusiya Federasiyasına giriş həmişəlik bağlanıb.
Sanksiya siyahısına dövlət orqanlarına, bir sıra federal idarələrə və Ukraynaya silah tədarükü ilə məşğul olan şirkətlərə rəhbərlik edən şəxslər daxildir.
O cümlədən, siyahıya Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin qızı Kristin Pelosi də daxil edilib.