Zelenski Makron və Şolz ilə görüşmək üçün Parisə uçur

20:20 - 8 Fevral 2023 - DÜNYA

Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniya səfərindən sonra bu gün Parisə səfər edəcək.

Ucnoqta.az xəbər verir ki, Makron administrasiyası jurnalistlərə bu axşam Yelisey sarayında Zelenskini gözlədiklərini təsdiqləyib.

Eyni zamanda Almaniyanın NTV kanalı xəbər verir ki, Almaniya kansleri Olaf Şolz ukraynalı və fransalı həmkarları ilə görüşmək üçün Parisə uçub.

Xəbər xətti