Bu gün Azərbaycan vətəndaşlarının olduğu 5 avtobus Türkiyədən yola düşəcək

15:59 - 8 Fevral 2023 - Xəbər

"Türkiyənin hansı bölgəsində nə qədər vətəndaşımız olması ilə bağlı məlumatımız var".

Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, qərargahımız işlədiyi üçün yeni zənglər daxil olur və bu məlumatlar yenilənir:

"Harada ki, vətəndaşımız azdır. Onların yaxın vilayətdəki avtobusa gəlmələrinə şərait yaradırıq. Harada vətəndaşımız çoxdursa, ora avtobus göndəririk. Ümumilikdə 201 nəfər artıq göndərilib. Amma sərhədə çatana kimi bu say arta bilər. Çünki yoldan da vətəndaşlarımızı götürürük. Bu gün də 5 avtobusumuz vətəndaşları toplamağa başlayacaq və Azərbaycan istiqamətinə yola düşəcəklər".

Xəbər xətti