Ana səhifə
14 Noyabr 2018

63 yaşlı polisi öldürən gənc: "Mübahisə etdik, vurdum..."

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan 17 yaşlı Vüqar Yunisovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Ucnoqta.azvirtualaz.org-a istinadən xəbər verir ki, prosesə hakim İradə Həsənzadə sədrlik edib. Prosesdə ittiham aktı elan olunub.

Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, hadisədən əvvəl sabiq polis əməkdaşı Vahid Əhmədovla şəxsi münasibətlər zəminində mübahisə etdiyini, onu bıçaqladığını və törətdiyi əməldən peşman olduğunu deyib.

Məhkəmə prosesi oktyabrın 27-dək təxirə salınıb.

Xatırladaq ki, hadisə bu il may ayının 6-da Yasamal rayonunun 11-ci Xrebtovı küçəsindəki 105 saylı evdə baş verib. Sabiq polis əməkdaşının meyitini kirayə qaldığı evin sahibi tapıb və dərhal hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə məlumat verib.

Araşdırmalar zamanı üç uşaq atası olan Vahid Əhmədovun bıçaqlanaraq öldürüldüyü məlum olub. Vahid Əhmədov hadisədən bir müddət əvvəl təqaüdə çıxaraq həmin evdə tək yaşayırmış.

Keçirilən əməliyyat nəticəsində cinayətin Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Vüqar Yunisov tərəfindən törədildiyi müəyyən edilib və o, həbs olunub. V.Yunisovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Tarix
20 Oktyabr 2014 [17:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin