Hacıqabulda taxıl daşıyan maşın aşıb, xəsarət alan var

19:03 - 7 Fevral 2023 - HADİSƏ

Hacıqabulda yol qəzası olub.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Taxılla yüklü "Mercedes" markalı yük avtomobili idarəetmənin itməsi nəticəsində aşıb.

Nəticədə sürücü xəsarət alıb, taxıl yola dağılıb, yolda tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti