Ceyhun Bayramov İranda səfirliyə hücum zamanı yaralananları ziyarət edib

18:46 - 5 Fevral 2023 - SİYASƏT

Bu gün xarici işlər naziri Ceyhun Bayramov yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyə hücum zamanı yaralanan Vasif Tağıyev və Mahir İmanovu ziyarət edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov "Tvitter"-də paylaşım edib.

Nazir hazırda vəziyyətləri qənaətbəxş hesab olunan həmkarlarına şəfa arzulayıb.


Xəbər xətti