Ana səhifə
16 Noyabr 2018

Zaqatalada bu ilin I rübündə kənd təsərrüfatı məhsulları istehsalı 10 faiz artıb

Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi davam etdirilib

 

 

 

2015-ci ilin məhsulu üçün becərmə aparmış buğda istehsalçılarına 181,6

2015-ci ilin birinci rübündə Azərbaycanda  müsbət meyillər davam edib. Ümumi daxili məhsul 5 faizdən çox artıb. Bu gün dünyada 5,3 faiz, yaxud da ki, 6 faizə yaxın inkişaf edən iqtisadiyyatlar çox azdır. Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artıb. Bu da son illər ərzində aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində mümkün olub. Çünki uzun illər Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı imkan verir ki, iqtisadiyyatımız dayanıqlı surətdə inkişaf etsin, bir sektordan – neft-qaz sektorundan asılı olmasın. Hətta dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi bizim ümumi iqtisadi inkişafımıza təsir etməyib.. Budur, Azərbaycanın iqtisadi modelinin unikallığı və bu göstəricilər bizim seçdiyimiz yolun nə qədər düzgün olmasını bir daha göstərir. Bu uğurların əldə olunmasında Zaqatala rayonunun da öz payı var. Aqrar sektorda həyata keçirilmiş məqsədyönlü tədbirlər sayəsində rayonda  2015-ci ilin I rübündə kənd təsərrüfatı məhsulları istehsalı 10 faiz artaraq 10 milyon manata çatıb. Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi davam etdirilib. 2015-ci ilin məhsulu üçün becərmə aparmış buğda istehsalçılarına 181,6 min manat subsidiya verilib, fermer təsərrüfatlarına güzəştli qaydada 207,8  min manat dəyərində mineral gübrələr satılıb. Fermerlər yardım üçün ayrılmış vəsaiti “Kapital Bank” ASC-nin rayon filialının bankomatları vasitəsi ilə alırlar. Bu yardım Nazirlər Kabinetinin “Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2007-ci il 13 noyabr tarixli qərarına uyğun olaraq verilir.

Bundan əlavə, cari ilin birinci rübündə Zaqatala rayonunda fermer təsərrüfatlarına güzəştli qaydada 207 min 826 manat dəyərində mineral gübrələr də satılıb. Qeyd edildi ki, ötən müddət ərzində rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə damazlıq təsərrüfatları fəaliyyətini davam etdirib,1630 ton  diri çəkidə ət, 9014 ton süd, 3848 min ədəd yumurta istehsal edilib. Hazırda aparılan islahatlar, işlərin təkmilləşdirilməsi və düşünülmüş siyasət yaxın illərdə daha da sürətli artıma təkan verəcək. Bu ölkəmizin ərzaq təhlükəsizliyi üçün çox vacibdir. Artıq Azərbaycanın kənd təsərrüfatı məhsullarına olan tələbatı öz məhsulları ilə təmin etmək vaxtı gəlib  çatıb. Zaqatala rayonu bu sahədə öz töhvəsini verməlidir və verilcək də.

 

Rayonda sosial məsələlər də z həllini tapır. Bu sahə daim diqqət mərkəzindədir və bizim düşünülmüş iqtisadi islahatlarımız bütün dövrlərdə güclü sosial siyasətlə də tamamlanır. Bütün sosial öhdəliklər yerinə yetirilir, sosial infrastrukturun yaradılması üçün əlavə vəsait ayrılır, məktəblər, uşaq bağçaları, tibb müəssisələri tikilir və istifadəyə verilir. Ölkənin hər yerində olduğu kimi, Zaqatalada da əhalinin rifah halının, onun maddi təminatının yaxşılaşdırılması, sosial müdafiənin gücləndirilməsi, ünvanlı sosial yardımların, pensiyaların, əmək haqlarının vaxtında verilməsi, aztəminatlı ailələrə qayğının artırılması daim diqqət mərkəzində saxlanılır. 2015-ci ilin birinci rübündə orta aylıq əmək haqqı və orta aylıq pensiyanın məbləğində artım müşahidə edilib, 133 pensiya təyin edilib, 16625 pensiyaçıya xidmət göstərilib, 1,4 milyon manat məcburi dövlət sosial sığorta haqları yığılıb, proqnoz tapşırıqlar 87 faiz icra olunub.  

İlin I rübündə Zaqatalada yaşılıq sahələri genişləndirilib. 8300 ədədi yol kənarlarında olmaqla, inzibati ərazilərdə 89,3 min ədəd ağac əkilib, 112 hektar sahədə mədəni meşə əkininə xidmət  göstərilib, 35 hektar sahədə isə mədəni meşə əkini aparılaraq müxtəlif cinslərdən ibarət tinglər basdırılıb.

Torpaqların sel sularından mühafizə edilməsi, suvarma şəbəkəsinin təmiri və əhatəsinin genişləndirilməsi, suvarma suyundan səmərəli istifadə edilməsinə diqqət artırılıb. Ölkə Prezidentinin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 29 yanvar 2014-cü il tarixli sərəncamının icrası olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən rayonda 18 ədəd subartezian quyusu qazılıb. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən cari ilin birinci rübündə Zaqatala şəhərində, Göyəm, Kebeloba, Çobankol, Bazar kəndlərinin hər birində 1 ədəd olaraq cəmi 5 ədəd subartezian quyusu təmir olunub. Bundan başqa, cari ildə 6 kəndin  2101 hektar əkin sahəsinin suvarılmasına xidmət edən  ikipilləli “Alazan” nasos stansiyasının suvarma şəbəkəsinin təmir edilməsi nəzərdə tutulur.

Hesabat dövründə rayon ərazisində 254,05 min kubmetr həcmində çay yataqları, 74,4 min kubmetr həcmində suvarma kanalları təmizlənib, Muxax çayda və Tala çayda 1075 kubmetr həcmində daş-beton bəndlərin təmiri və 131 kubmetr həcmində qabion bəndlərin quraşdırılması işləri həyata keçirilib. Aydındır ki, bu işlər yayda əkin sahələrinin suya tələbatının normal ödəməsinə xidmət etməklə yanaşı. Selin qarşısının alınmasına, əhalinin bu təbii hadisədən zərər çəkməsinin qarşısını almağa xidmət edir. 2015-ci ilin I rübü ərzində rayonda xeyli tikinti, təmir və abadlıq işləri görülüb. Belə ki, şəhərin “Sülh” küçəsində çoxmənzilli binaların həyətində ictimai Xeyir-şər evinin tikintisi başa çatdırılaraq istifadəyə verilib, rayon məhkəməsi üçün yeni inzibati binanın, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının, Yuxarı Tala kənd 2 saylı tam orta məktəbin yerində yeni 450 və Yengiyan kəndində 264 şagird yerlik məktəb binalarının tikintisi davam etdirilib.

Rayonda məktəbəqədər təhsil müəssisələrinin tikintisi və təmiri, onların maddi-texniki bazalarının möhkəmləndirilməsi istiqamətində də işlər davam etdirilib, Muğanlı kənd körpələr evi-uşaq bağçasının bərpa-gücləndirilməsi başa çatdırılmaq üzrədir. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə şəhərin şimal-qərb yaşayış massivində yeni 100 yerlik uşaq bağçasının tikinti işləri davam etdirilib, Əliabad qəsəbə 3 saylı körpələr evi-uşaq bağçası təmir edilərək yeni inventar və avadanlıqlarla təchiz olunub. Bunlar təhsilin keyfiyyətinin artırıflmasın xidmət edir.

 Rayonda aparılan abadlıq və quruculuq işləri də davam etdirilib, şəhərin “Azərbaycan” prospektində, “Sülh” və “Çingiz Mustafayev” küçələrində binaların dam örtüklərində 320 kvadratmetr əsaslı təmir işləri aparılıb, küçələrə 663 metr uzunluğunda bardür döşənib, 336 metr uzunluğunda yağış suyu arxı tikilib, 17 ədəd yeni işıq dirəyi quraşdırılıb.  “Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə Dövlət sərhədi” magistral avtomobil yolunun Yuxarı Tala kəndi ərazisindən keçən 1,8 kilometr hissəsinin genişləndirilməsi və yol kənarında abadlıq işlərinin aparılması işlərinə başlanılıb.

Rayonun kommunal xidmət sahəsində də nəzərə çarpan işlər görülüb. Su, işıq və qaz təsərrüfatlarında, təhsil, səhiyyə və mədəniyyət sahələrində də böyük uğurlar qazanılıb. Ümumtəhsil məktəblərinin fənn Olimpiadasının rayon və zona mərhələləri keçirilib, burada iştirak edən 41 şagirddən  5 nəfəri birinci yerə layiq görülərək  final mərhələsində iştirak etmək hüququ qazanıb. Rayonun şahmat fənni tədris edilən pilot məktəblərində ümummilli lider Heydər Əliyevin  anadan olmasının 92-ci ildönümünə həsr edilmiş şahmat festivalı çərçivəsində yarışlar keçirilib, qalib komanda respublika mərhələsində iştirak etmək hüququ qazanıb. Eyni zamanda, Təhsil Nazirliyi Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birlikdə rayonun ümumtəhsil məktəblərinin müəllimləri arasında şahmat yarışlarının rayon mərhələsini keçirib.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq ölkə əhalisinin tibbi müayinədən keçirilməsi aksiyası respublikamızın hər yerində olduğu kimi, Zaqatala rayonunda da mütəşəkkil qaydada davam etdirilir. Zaqatala rayonu üzrə 75 min 571 nəfərin tibbi müayinəyə cəlb olunması nəzərdə tutulub. Fevralın 2-də başlanan aksiyadan indiyədək 53 min nəfərə yaxın sakin yararlanıb. Rayonun 33 yaşayış məntəqəsində tibbi müayinələr tam başa çatıb. Müayinədən keçənlərin 3169 nəfərinə ambulator müalicə təyin olunub, 52 nəfər stasionar müalicəyə cəlb edilib. Bundan əlavə, daha geniş müayinəyə ehtiyacı olan 13 nəfər paytaxtın tibb müəssisələrinə göndərilib. Müayinə olunanlar arasında ürək-damar, zob, qan təzyiqi, böyrək və revmatik xəstəliklərdən əziyyət çəkənlər çoxluq təşkil edir. Vətəndaşlara xəstəliklərin profilaktikası barədə ətraflı məlumat verilir, müvafiq müalicə kursları təyin edilir.

 

Tarix
5 May 2015 [19:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin