Qusarda 94 yaşlı qadın özünü asıb

22:50 - 4 Fevral 2023 - HADİSƏ

Qusar rayonunun Laza kənd sakini, 1929-cü il təvəllüdlü Pirəliyeva Nazpəri Şərif qızı yaşadığı evdə özünü asıb.

"Report"un məlumatına görə, onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

İntiharın səbəbi hələ məlum deyil.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər xətti