Türkiyədə sərnişin avtobusu dərəyə aşdı: 35 yaralı var

22:41 - 4 Fevral 2023 - HADİSƏ

Türkiyədə ağır yol qəzası baş verib

Ucnoqta.az xəbər verir ki, Diyarbəkirdən İstanbula gedən sərnişin avtobusu yolun buz olması səbəbindən sürücü idarəetməni itirərək aşıb. İlkin məlumata görə, 4-ü ağır olmaqla 35 yaralı olduğu bildirilir. Qəzanın Diyarbəkir-Şanlıurfa yolunun 20-ci kilometrliyində baş verdiyi bildirilib.
 Hadisə yerinə tibbi yardım briqadaları və polis qrupları sövq edilib.

Yaralılar xəstəxanalara yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Xəbər xətti