“Mən onlardan pul almamışam”

16:35 - 4 Fevral 2023 - Cəmiyyət

“Mən davanı sakitləşdirmək üçün yaxınlaşdım. Mənə 2 yox, 3-4 bıçaq zərbəsi vurulub”.

Bu sözləri “Qafqazinfo”ya ötən ilin yayında şadlıq evlərinin birində bıçaqlanan tamada Natiq Dağlaroğlu deyib.

N. Dağlaroğlu onu bıçaqlayan Məmməd Hüseynovun məhkəmədə haqqında verdiyi ifadə ilə bağlı da danışıb. O, bildirib ki, qarşı tərəfdən pul almayıb.

“Barışıq olandan sonra gedib Ağır Cinayətlər Məhkəməsində ifadə vermişəm. Prokuror, hakim qarşısında çıxış etmişəm. Mən onlardan heç bir pul almamışam”.

Xatırladaq ki, 9 min iddiası məhkəmə prosesində verilən ifadələr zamanı səsləndirilmişdi.

Qeyd edək ki, Bakı Ağır Cinaytlər Məhkəməsinin 31 yanvar tarixli hökmü ilə N.Dağlaroğlunu bıçaqlayan Məmməd Hüseynova 3 il müddətinə həbs cəzası verilib.

 

Xəbər xətti