Britaniyanın geyim brendi Rusiyanı tərk etdi

11:57 - 3 Fevral 2023 - DÜNYA

Britaniyanın dəbdəbəli geyim istehsalçısı Paul Smith Rusiya bazarını tərk etdiyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.

Məlumdur ki, xarici şirkət ölkəyə mal tədarükünü dayandırıb və yerli françayzinq tərəfdaşı ilə müqaviləyə xitam verib. Brendin rəsmi nümayəndəsi bildirib ki, Pol Smit Rusiya ilə birbaşa əməkdaşlıq etmir - son 20 ildə biznesi françayzinq tərəfdaşı idarə edir.

Bildirilir ki, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Pol Smitin adından Rusiya mağazalarının fəaliyyətinə icazə verilməsi qərarı səhv olub.

Xəbər xətti