Ana səhifə
21 Sentyabr 2018

Hansı məşhur baş məşqçi AFFA-ya təklif edilib? - AÇIQLAMA

Ucnoqta.az” xəbər verir ki, Lent.az-ın məlumatına görə, AFFA Bosniya və Herseqovina millisinin baş məşqçisi Safet Suşiçin Azərbaycan yığmasına namizəd kimi təklif olunmasını təsdiqləyib. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu apasport.az saytına bildirib ki, balkanlı mütəxəssisi quruma menecerlər təklif edib. Bosniyalı həmkarlarımız AFFA-nın Suşiçə illik 3 milyon dollar maaş vəd etdiyini, onun isə imtinasını vurğulasa da, qurum rəsmisi hər hansı danışıqların aparılmadığını qeyd edib: “Müxtəlif menecerlər tərəfindən AFFA-ya bir neçə namizəd məşqçi təklif olunub. Suşiçi bizə təklif edən menecer də onun CV-sini assosiasiyaya göndərib. Lakin ona nəinki təklif edilməyib, heç məsələsinə də baxılmayıb. Bu mütəxəssisin çalışdırdığı komandanın təmsil etdiyi federasiya ilə müqaviləsi də var. Təklif olunan digər məşqçilərin adlarını açıqlamaq istəmirəm. Bu, etik cəhətdən düz olmazdı. Suşiç məsələsini isə onun öz meneceri mətbuata çıxarıb”.

Qeyd edək ki, almaniyalı baş məşqçi Berti Foqtsun istefasından sonra bu post müvəqqəti onun köməkçisi Mahmud Qurbanova həvalə olunub.

Tarix
20 Oktyabr 2014 [16:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin