Ana səhifə
21 Noyabr 2018

DƏHŞƏT! Azərbaycanda məktəbli maşınla müəlliminin üstündən keçib

Məktəbli oğlan atasının maşınının qaçırıbmış

 

 

Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib.

 

Ucnoqta.az” xəbər verir ki, APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 13:00 radələrində rayonun Ləkçiplaq kənd 1 saylı orta məktəbin qarşısında baş verib.

 

Məktəbin 10-cu sinif şagirdi, Yalman kənd sakini Əzizov Ağa Usub oğlu atasına məxsus “VAZ-2104” markalı minik maşınını evdən xəbərsiz qaçıraraq yolda qəza törədib. Şagird yolu keçən piyadanı - Ləkçıplaq kənd 1 saylı orta məktəbin bədən tərbiyəsi müəllimi Ömərov Məhəmməd Habil oğlunu vurub. Hadisə şahidlərinin sözlərinə görə, maşın piyadanın üstündən keçib. Müəllim ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti ağırdır.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Tarix
20 Oktyabr 2014 [16:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin