İsmayıllıda 4 maşın toqquşub

12:01 - 31 Yanvar 2023 - HADİSƏ

İsmayıllı-Qaraməryəm-Şəki yolunda zəncirvarı qəza olub.

APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə yolun Basqal kəndindən keçən hissəsində qeydə alınıb.
“QAZ-53”, “VAZ 2107”, “Mercedes” və “Lada-099” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində “QAZ-53”-ün sürücüsü yüngül xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti