Polis səhiyyə nazirini güllələyib - Hindistanda

11:14 - 31 Yanvar 2023 - HADİSƏ

Hindistanın şərqindəki Odişa ştatının Naba əyalətinin səhiyyə və ailə rifahı naziri Kisor Das bir polis zabiti tərəfindən güllələnib və aldığı xəsarətlərdən dünyasını dəyişib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki,  Kisor Das tərəfdarlarına əl yelləmək üçün avtomobilindən düşən zaman polis məmuru tərəfindən vurularaq öldürülüb.

Xəstəxanaya yerləşdirilən Naba Das xəstəxanada dünyasını dəyişib. Polis qətlin motivi barədə ətraflı məlumat verməyib. 

Emin

Xəbər xətti