Braziliyada futbolçuları daşıyan avtobus körpüdən aşıb

22:40 - 30 Yanvar 2023 - HADİSƏ

Braziliyada gənclərdən ibarət futbol komandasının olduğu avtobus 10 metrlik körpüdən aşıb

Ucnoqta.az xəbər verir ki, bu barədə CNN Brasil məlumat yayıb. Ölənlər arasında 14-17 yaşlı üç yeniyetmə və bir məşqçi var, daha 28 nəfər xəstəxanaya yerləşdirilib.

Faciə Braziliyanın ən uzun federal magistral BR-116 üzərində baş verib. Avtobus 10 metr hündürlüyü olan körpüdən aşaraq damın üstünə düşüb.

Avtobusda Rio-de-Janeyrodan olan "Esporte Clube Vila Maria Helena" gənclər komandasının 28 futbolçusu, həmçinin dörd məşqçi və bir sürücü olub. Oyunçular bir gün əvvəl 18 yaşadək kateqoriyada qalib gəldikləri və 16 yaşadək futbolçular arasında finalçı olduqları həvəskar turnirdən qayıdırdılar.

Braziliya Federal Yol Polisinin məlumatına görə, sürücü idarəetməni itirib. 

Emin

Xəbər xətti