Azərbaycan Pakistana başsağlığı verdi     
                    
                    
                    
                        
                                         
             
            19:58  -  30 Yanvar   2023 -  SİYASƏT
                    
                    
                                                                  
                                                  
                            
                            Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib.Ucnoqta.az xəbər verir ki, bu barədə XİN-in tviter hesabında paylaşım edilib.
“Pakistanın Pişəvər şəhərində məsciddə törədilən terror aktı xəbəri bizi şoka saldı və kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik. Qardaş Pakistan İslam Respublikası ilə həmrəyik”, - paylaşımda qeyd olunub.