Ana səhifə
10 Dekabr 2018

Arzu Əliyeva Hitlerlə bağlı filmini təqdim etdi- Fotolar

Mayın 4-də Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin təqdimatı keçirilib.

 

 

Ucnoqta.az-ın Azərtac-a istinadən məlumatına görə, mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Arzu Əliyeva təqdimat mərasimində iştirak ediblər.

 

Faşizm üzərində qələbənin 70 illik yubileyinə həsr olunan bu layihənin rəhbəri Arzu Əliyeva, filmin prodüseri Lui Vodevil (Louis Vaudeville), rejissoru Robert Maqnerotdur (Robert Mugnerot).

 

Filmin nümayişindən əvvəl Arzu Əliyeva çıxış edib. O, bu tarixi hadisə münasibətilə Azərbaycanın bütün müharibə veteranlarını təbrik edib:

 

“Azərbaycan bu qələbəyə böyük töhfələr vermişdir.

 

Ölkəmizin tarixinin bu məqamlarını yaşatmaq və dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Bakı Media Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi ilə sənədli film hazırlamağı qərara aldı. Biz dünya şöhrətli prodüser Lui Vodevilə müraciət etdik və mən ona bu uğurlu iş birliyinə görə dərin minnətdarlığımı bildirirəm. Çox xoşdur ki, Bakı neftinin şöhrətindən bəhs edən bu filmi dünya ictimaiyyətinə məşhur rejissor Robert Maqnerot təqdim edir. Filmin hazırlanmasında iştirak edən hər bir kəsə öz təşəkkürümü bildirirəm”.

 

Filmin təkcə HD formatına keçirilməsi, bərpası və rənglənməsi üç aydan çox davam edib. Hazırlıq işlərinə 100-dək insanın cəlb olunduğu filmin yaradılmasında “National Geographic” kanalının 10 əməkdaşı, həmçinin ayrı-ayrı ölkələrdən 45 nəfərlik heyəti yaxından iştirak edib. Ümumilikdə, filmin təxminən 50 milyon tamaşaçı tərəfindən izlənilməsi gözlənilir. Film müharibənin ağrı-acısını yaşayan hər kəsin, həmçinin ön cəbhədə döyüşənlərin, arxa cəbhədə gərgin əməyi ilə böyük qələbədə payı olan insanların xatirəsinə ithaf edilir.

 

Xronometrajı 52 dəqiqə olan rəngli sənədli filmin süjet xətti xalqımızın faşizm üzərində Qələbədəki rolundan, eləcə də Azərbaycan neftinin müharibə illərində strateji əhəmiyyətindən bəhs edir.

 

Çəkilişləri 14 ay davam edən “Hədəf Bakıdır” sənədli filmin üzərində iş zamanı Azərbaycan, Almaniya, ABŞ, Böyük Britaniya, Fransa və Rusiya arxivlərində 200 saatlıq videomaterial, habelə çoxsaylı fotolar və digər sənədlər araşdırılıb.

 

Ekran əsəri Azərbaycan dili ilə yanaşı, rus, ingilis, fransız, alman, italyan və digər dillərə də tərcümə olunub.

 

“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” film mayın 8, 9 və 10-da “National Geographic” kanalında, o cümlədən Fransa, İngiltərə, Almaniya, İtaliya, Polşa, Macarıstan, Danimarka, Türkiyə, İspaniya, Sloveniya, Balkan ölkələri, Afrika ölkələri, Yunanıstan, Çexiya və digər yerlərdə nümayiş etdiriləcək.

Tarix
5 May 2015 [00:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin