Ana səhifə
19 Noyabr 2018

Cavid Qurbanovdan qızlarımıza Himn

“Azəryol” voleybol klubunun bazasında 2014-2015-ci il mövsümünün açılış mərasimi keçirilib.

 

 

Ucnoqta.az” xəbər verir ki, Cavid Qurbanovun rəhbəlik etdiyi klubun tədbirində “Azəryol”un öz talismanı - “Yola” təqdim olunub. Mərasimdə “Azəryol”un şərəfini qoruyacaq oyunçular təqdim edilib. Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti, əməkdar məşqçi Faiq Qarayev çıxış edərək Cavid Qurbanova  təşəkkür edib, həm öz adından, həm də Azərbaycan Voleybol Federasiyasının prezidenti Ziya Məmmədovun adından “Azəryol”a yeni mövsümdə uğurlar arzulayıb.

 

Klubun prezidenti Cavid Qurbanov çıxışında qeyd edib ki, bu gün ölkəmizdə idmana və idmançilara prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğı göz qabağındadır. Mərasimdə “Azəryol” voleybol klubunun himni təqdim edilib. Himnin sözlərinin müəllifi C. Qurbanova, musiqisi Eldar Mansurova məxsusdur.

 

***

Uzağı yaxın edər

Rəvandır yollarımız.

Sahillər birləşdirən

Körpülər qollarımız.

 

Qələbəyə aparar

Vətən övladlarımız.

Şan-şöhrətli ölkəmə

Bəlli uğurlarımız,

Birinci ol, qalib ol –

Azəryol... Azəryol!

 

***

 

Bayrağını sancdığın

Bu zirvələr sənindir.

Qazandığın qələbə,

Hər uğur vətənindir –

Yurdumun torpağında

 

Kök atıb bitənindir.

Azərbaycan adıyla

Sən həmişə qalib ol –

Azəryol... Azəryol!

 

(“Qafqazinfo”)

Tarix
20 Oktyabr 2014 [16:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin