Ana səhifə
19 Sentyabr 2018

Dağıstanın Dərbənd Dövlət Azərbaycan Dram Teatrı “Elanla gəlin” tamaşasını təqdim edib

Bu günlərdə Dağıstanın Dərbənd Dövlət Azərbaycan Dram Teatrı İtaliya dramaturqu K.Haldoninin pyesi əsasında “Elanla gəlin” tamaşasının yeni tamaşasını teatrsevərlərin ixtiyarına verib.

 

 

 

Ucnoqta.az-ın məlumatına görə, İtaliya milli komediyasının banisi K.Haldoninin yaradıcılığının son dövrlərində (1763) yazdığı “Elanla gəlin” (pyesin digər adı “Müsabiqə ilə nigah”dır)  komediyasını azərbaycan dilinə Dağıstan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Yaqut Xandadaşova tərcümə edib.  

Teatrın direktoru Yadulla Həşimovun məlumatına görə, tamaşanın quruluşçu rejissoru beynəlxalq teatr festivalları laureatı, “Turandot” Teatrının bədii rəhbəri Vladimir Jukov, quruluşçu rəssamı Naidə Əlimətova, musiqi tərtibatçısı Dağıstanın əməkdar artisti Sevda Bəybalayevadır. Tamaşada Əlimövsüm Abbasov, Kəmalə Rzayeva, Rəhilə Ömərova, Əfsanə Məlikova, Məhərrəmov Ömərov, Dinşah Abdulqafarov, Hörmət Aslanov, Canpolad Əmiyev, Furqat Aslanzadə, Sərxan Səmədov, Saladunxan Bədirxanov, Diləfrüz Şıxməmmədova, Təhminə Ömərova, Mədinə Hacıağayeva, Nazim Bəybalayev və Səidə Əliyeva çıxış edirlər.

 

Tarix
4 May 2015 [18:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin