Ana səhifə
14 Noyabr 2018

70-ə yaxın ölkənin təmsilçisi Musiqili Teatrda…- FOTO

Mayın 2-dən 5-dək Bakı şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı keçirilir.

 

 

Toplantı tədbirləri çərçivəsində dünyanın müxtəlif ölkələrinin Baş nazir, Baş nazir müavinləri, Maliyyə nazirləri və digər yüksək vəzifəli şəxsləri 2 may tarixində Azərbaycan Dövlət Musiqili Teatrında olublar. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, təqribən 70-ə yaxın ölkədən olan qonaqlar dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasını izləyiblər. Tamaşadan xoş təəssüratlarla ayrılan ali mənsəbli qonaqlar teatrın direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar İncəsənət xadimi Əliqismət Lalayevlə söhbətləri zamanı ecazkar və möhtəşəm musiqidən, ümumilikdə tamaşadan böyük zövq aldıqlarını və razı qaldıqlarını bildiriblər.

Qeyd edək ki, “O olmasın, bu olsun” tamaşasının quruluşçu-rejissoru xalq artisti Cənnət Səlimovadır. Tamaşada Afaq Bəşirqızı, əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Səmədzadə Xasıyev, Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları çıxış etmişlər.

Tarix
4 May 2015 [18:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin