Tovuzda istixanada yanğın oldu

11:48 - 27 Yanvar 2023 - HADİSƏ

Tovuz rayonunun Düz Cırdaxan kəndində ümumi sahəsi 1 ha olan istixananın polietilendən ibarət üzlüyü 150 m² sahədə yanıb.

FHN-dən Ucnoqta.az-a verilən məlumata görə, istixananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Xəbər xətti