Ana səhifə
24 Sentyabr 2018

Zaqatalanın iqtisadi potensialı artıb

Rayonda tikinti sahəsi istisna olmaqla, 180,8 milyon manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib

 

 

2004-cü ildәn uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı dövlәt proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur tәminatının, kommunal xidmәtlәrin keyfiyyәtinin daha da yüksәlmәsinә, biznes vә investisiya mühitinin, әhalinin rifahının yaxşılaşmasına sәbәb olur, bununla da ölkәnin strateji inkişaf hәdәflәrinә, müәyyәn edilmiş mәqsәdlәrә nail olunmasına әhәmiyyәtli töhfәsini verir. Ötәn il dә “Azәrbaycan Respublikası regionlarının 2014-2018-ci illәrdә sosial-iqtisadi inkişafı Dövlәt Proqramı” çәrçivәsindә görülәn işlәr, hәyata keçirilәn layihәlәr, әldә edilәn uğurlu nәticәlәrlә zәngin olub. Prioritet layihələrin həyata keçirilməsi və vəsaitlərin istifadəsinə ciddi nəzarət olunması, məktəb, uşaq bağçası, səhiyyə və ictimai obyektlərin tikintisi, infrastruktur layihələrinin icrası, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, sənaye klasterlərinin yaradılması, hər bir rayonda sənaye zonasının, iri fermer təsərrüfatlarının, “yaşıl market”lərin yaradılması, aqroparkların tikintisi prosesinin davam etdirilməsi və s. bunun baris nümunəsidir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində ölkənin digər bölgələrində olduğu kimi, Zaqatala rayonunda da quruculuq-abadlıq işləri geniş vüsət alıb, yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri açılıb, əhalinin məşğulluq səviyyəsi artıb.  Rayonda həm sənaye, həm də kənd təsmərrüfatı məhsullarının istehsalı artıb. 2014-cü ildə Zaqatalada 26 milyon manat həcmində tikinti, abadlıq və quruculuq işləri görülüb. Ötən il Zaqatala şəhərində Heydər Əliyev Mərkəzi üçün inşa edilən yeni binanın, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti rayon şöbəsinin depo binasının, Əliabad qəsəbəsində və Çobankol kəndində yanğından mühafizə bölmələrinin, maliyyə idarəsi və rayon məhkəməsi üçün yeni inzibati binalarının tikintisi başa çatdırılıb. Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı üçün inşa edilən yeni binanın tikintisi davam etdirilib. Regionda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Aşağı Tala, Yuxarı Tala və Kürdəmir kəndlərində zəlzələdən zərər görmüş məktəblər üçün 600, 360 və 50 şagird yerlik yeni məktəb binaları tikilib istifadəyə verilib. Yuxarı Tala və Yengiyan kəndlərində dövlət vəsaiti hesabına yeni məktəb binalarının tikintisinə başlanılıb. Bundan əlavə, zəlzələdən zərər çəkmiş 4 uşaq bağçası üçün yeni binalar tikilib istifadəyə verilib, 2 uşaq bağçasında bərpa-gücləndirilmə işləri aparılıb. Eyni zamanda, şəhərdə 100 yerlik yeni uşaq bağçasının tikintisinə başlanılıb.

Bu işlərdən başqa, 2014-cü ildə Zaqatalada tikinti sahəsi istisna olmaqla, 180,8 milyon manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Bu göstərici əvvəlki illə müqayisədə 6,3 faiz çoxdur. Məhsul istehsalı 2013-cü ilə nisbətən sənayedə 28,6 faiz, kənd təsərrüfatında 3,3 faiz, rabitədə 20,4 faiz, ticarətdə 2,1 faiz, nəqliyyatda isə 3,5 faiz artıb. Əvvəlki illə müqayisədə pərakəndə əmtəə dövriyyəsi 5,1 faiz, pullu xidmətlərin həcmi isə 0,6 faiz çoxalıb. Ötən il rayonda 1401-i daimi olmaqla 1476 yeni iş yeri açılıb. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu  “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Zaqatala rayonunun Aşağı Tala kəndində keçirib. “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” adlı tədbirdə ölkə başçısının regionlarının sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində digər bölgələr kimi Zaqatalada da yeni istehsal və xidmət müəssisələrinin yaradıldığı qeyd edilib. Sonra Zaqatala və ətraf rayonlarda fəaliyyət göstərən 50  sahibkarlıq subyektinə 840 min manat güzəştli kredit verilib. Tədbirdə  nümunəvi investisiya layihələrinin təqdimatı da keçirilib.

 

 

2014-cü il iqlim şəraitinin əlverişsiz olmasına baxmayaraq, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində aqrar sahədə məhsul istehsalı əvvəlki ilə nisbətən 3,3 faiz artaraq 103,3 milyon manat olub. Rayonun təsərrüfatlarında 2015-ci ilin məhsulu üçün 12 min 148 hektar sahədə payızlıq taxıl səpini həyata keçirilib. Əkin sahələri əvvəlki illə müqayisədə 66 hektar artıb. Azərbaycan Prezidentinin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 2014-cü il 29 yanvar tarixli Sərəncamının icrası olaraq ötən il “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən rayon ərazisində 18 ədəd subartezian quyusu qazılıb. 2100 hektar əkin sahəsinin suvarılmasına xidmət edən ikipilləli Alazan nasos stansiyasında təmir-bərpa işləri davam etdirilib. Azərbaycan Prezidentinin 2014-cü il 25 dekabr tarixli Sərəncamına əsasən, 2015-ci ildə rayonda daha 12 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulub. Həmçinin 2014-cü ildə əhalinin təbii qaz, elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların müraciətlərinə baxılması sahəsində görülən işlər yüksək səviyyədə olub. Rayonda təhsil sisteminin müasir standartlara cavab verməsi üçün görülən tədbirlər müsbət nəticələr verir. 2014-cü ildə orta məktəbi bitirən 1214 nəfər məzundan 341 nəfəri tələbə adını qazanıb, 18 nəfər 600-dən yuxarı, 37 nəfər 500-dən yuxarı bal toplayıb, 4 nəfər Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qızıl medala layiq görülüb. Fərqlənən müəllimlər fəxri adlar, orden və medallar, məktəblər isə mükafatlar alıblar. Rayonda səhiyyənin inkişafı sahəsində də müəyyən işlər görülüb, Mərkəzi Xəstəxana 417 min manat dəyərində dərman və sarğı materialları ilə təmin edilib, gündəlik yükü 60-70 xəstə sayından 110-120-yə qədər artıb. Respublika Prezidentinin tapşırığına əsasən aparılan əhalinin tibbi müayinəsi nəticəsində 80 min 665 nəfər tibbi - profilaktik müayinədən keçib. 2014-cü ilin sentyabr ayının sonundan başlayaraq rayonun ərazisində 17 yaşadək olan yaşlı əhalinin icbari dispanserizasiyasına start verilib və artıq artıq 8437 nəfər müayinədən keçirilib. Olimpiya İdman Kompleksinin imkanlarından səmərəli istifadə olunub, cüdo və sərbəst güləş üzrə idmançılar müxtəlif respublika və beynəlxalq yarışlarda uğurlu nəticələr əldə ediblər. Qəbələ rayonunda keçirilən voleybol üzrə qızlar arasında Yeniyetmələrin IX Respublika  oyunlarının zona mərhələsində iştirak edən Zaqatala komandası I yerə layiq görülüb.

Rayon icra hakimiyyəti ordu quruculuğunun möhkəmləndirilməsi, dövlətin hərbi potensialının gücləndirilməsi sahəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsi, Zaqatala ərazisində yerləşən Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların “N” saylı hərbi hissələri ilə əlaqəli fəaliyyət qurur. 2014-cü ildə 652 nəfər həqiqi hərbi xidmətə yola salınıb, 210 nəfər çağırış yaşlı gənc dövlət hesabına rayonda avtomobil sürücüləri hazırlayan məktəbdə təhsil alıb. Həmin gənclərin hamısı öz sürücülük fəaliyyətinə bilavasitə Milli Ordu sıralarında başlayacağı ilə fəxr edir. Zaqatalada Heydər Əliyev irsinin öyrənilməsinə diqqət artırılıb, Azərbaycan Respublikasının Prezidentinin ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrlə bağlı fikirlərinin, tövsiyələrinin ictimaiyyətə çatdırılması üçün yaradılan təbliğat qrupları tərəfindən xüsusi qrafik üzrə Heydər Əliyev Mərkəzində, əhalinin yaşayış yerlərində, müəssisə və təşkilatlarda 130 görüş keçirilib.

 

 

Tarix
4 May 2015 [21:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin