Ana səhifə
20 Noyabr 2018

Xalq artistindən səhhətinin pis olması şayiəsinə MÜNASİBƏT

“Hazırda müalicəm davam edir, dərmanlar qəbul edirəm”

 

 

Mətbuatda xalq artisti Ramiz Əzizbəylinin səhhətinin pisləşməsi haqqında məlumat yayılıb. Bu barədə Ucnoqta.az-a açıqlama verən Ramiz Əzizbəyli səhhətinin yaxşı olduğunu bildirdi: “Şükür Allaha səhhətim yaxşdır. Verilişlərin birində iki ay əvvəl çəkilən sujet göstəriblər. İndi yaxşıyam. Hazırda müalicəm davam edir, dərmanlar qəbul edirəm”.

 

Qeyd edək ki, R. Əzizbəyli avtomobil qəzasından sonra beyin insultu diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtlik klinikasına yerləşdirilmişdi. Sonra isə müalicəsini Mərkəzi Gömrük Hospitalında davam etdirirdi. Hazırda müalicəsini ev şəraitində davam etdirir.

 

Xatırladaq ki,  R.Əzizbəylinin vəziyyətinin ağırlaşması xəbərini modern.az saytı yazıb. Bu haqda xalqı artistinin keçmiş tələbəsi Kərim Kərimli məlumat verib.

 

 

 

Rəqsanə

Tarix
4 May 2015 [17:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin