Ana səhifə
25 Sentyabr 2018

Tanınmışlardan “Bakı 2015” Avropa Oyunlarına dəstək

Murad Dadaşov: “Azərbaycanın ictimai-siyasi və mədəni siyasətində Avropa oyunlarının xüsusi rolu olacaq”

 

 

Vasif Məhərəmli: “Bu yarışmada əsas məsələrdən biri də idman zalının dolmasıdır”

 

 

Abbas Bağırov: “Tursitlərə qarşı diqqət və hörmət göstərməliyik ki, onlar ölkələrinə yaxşı təəssüratla qayıtsınlar”

 

 

İyunun 12-dən 28-dək keçiriləcək «Bakı 2015» I Avropa Oyunlarının başlamasına sayılı günlər qalıb. Bir çox tanınmış insanlar Avropa Oyunları üçün ulduz səfir seçiliblər. Müğənni Röya Ayxan avarçəkmə, Tünzalə Ağayeva atçılıq, Tahir və Cabir İmanovlar voleybol, Murad Dadaşov su idmanı, Rəfael İsgəndərov və Coşqun Rəhimov stolüstü tennis, Bəhram Bağırzadə çimərlik futbolu, İlkin Həsəni velosiped, Miri Yusif basketbol, Eldar Qasımov və Nigar Camal badminton, Dj Shock atletika üzrə ulduz səfirləri seçildirlər.

 

Gəlin görək, tanınmışlarımız Avropa Oyunlarının ölkəmizdə keçirilməsini necə qarşılayırlar və idmançılarımızdan nə gözləyirlər. Bu barədə “Üç nöqtə”yə danışan əməkdar artist, su idmanı üzrə səfir Murad Dadaşov bildirdi ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi böyük bir hadisədir: “Bakı 2015” Avropa Oyunlarının ölkəmizdə keçirilməsini yüksək bir hadisə kimi qiymətləndirirəm. Bu yarışmanın ölkəmizdə qeyd edilməsi özü-özlüyündə bir qələbədir. Azərbaycanın ictimai-siyasi və mədəni siyasətində Avropa oyunlarının xüsusi rolu olacaq. Ölkəmizin nəinki Avropada tanınmasında, eləcə də bütün dünyada tanınmasında əhəmiyyətlidir. Hesab edirəm ki, Avropa Oyunlarının əhəmiyyətliliyi, vacibliyi idmanımıza, eyni zamanda gələcək nəslin Avropaya daha yaxın olmasında böyük rol oynayacaq. Su idmanı üzrə səfir seçilmişəm, amma su idmanı üzrə idançılarımızın Olimpiya Oyunlarında qalib gəlib-gəlməməsi haqqında əvvəllcədən fikir bildirmək çətindir. Açığını deyim, hələ su idmanı üzrə idmançılarımız haqqında geniş məlumatım yoxdur ki, əvvəllcədən öz praqnozalarımı verim. İnşallah, idmançılarımızdan qələbə gözləyirəm. Əminəm ki,  təbəssümlə qəbul etdiyimiz ilk Avropa Oyunlarında qalib gələcəyik.  İdman da, həyat da bizi təəccübləndirməkdən yorulmur. Əminəm ki, su idmanı növündən də böyük nailliyətlər əldə edəcəyik və idmançılarımız medallara sahib olacaqlar. Niyə də olmasın?”.

Əməkdar artistin sözlərinə görə, bütün idman növünə münasibəti yaxşıdır: “Su idmanı növünə nisbətən digər idman növləri bir az əziyyətlidir. Su idmanı növü insan üçün sanki bir rahatlıqdır. Ölkəmiz dəniz kənarında yerləşir. Ona görə də su idmanı növləri ən yüksək dərəcədə inkişaf etməlidir. Su idmanı növündə çox maraqlı idman növləri var, dayvinq, su skuterçiliyi, su turizmi, kanyoninq və bodirafting. Bodirafting daha çox maraqlı idman növüdür. İdman və yarışmanın özü də maraqlıdır».

Əməkdar artist Abbas Bağırov qeyd etdi ki, Avropa Oyunlarının Bakıda keçirilməsi çox yaxşı haldır: “Yarışmanın açılışına və bağlanışına da gedəcəm. Müəyyən yarışlar keçiriləcək və o yarışlarda da iştirak edəcəm. Biletim də var. Olimpiya Oyunları mənim üçün çox maraqlıdır. Yarışmanın digər insanlar üçün də maraqlı olması tursitlərin Azərbaycana axınından bilinir. Bu, məni əlbəttə ki, çox sevindirir.  Üzgüçülük idman növünü çox sevirəm və atletik idman növləri məni çox maraqlandırır. İnşallah, üzgüçülük və cudo ilə bağlı yarışmalara gedəcəm. Avropa Oyunlarının Azərbaycan üçün çox müsbət tərəfləri var. “Eurovision” yarışmasında qələbə özü bir düzgün tanıtım, piar idi. Olimpiya Oyunları çox çətin olsa da, idmançılarımız öhtəsindən gəlməyə çalışacaqlar. Bu yarışmanın həyata keçirilməsi həddindən artıq mürəkkəb və çətin məsələdir. Onun öhtəsindən gəliriksə, buna ancaq sevinməliyik”.

Əməkdar artist onu da bildirdi ki, turistlərin ölkəmizə axını çoxdur: “Tursitlərə qarşı diqqət və hörmət göstərməliyik ki, onlar ölkələrinə yaxşı təəssüratla qayıtsınlar.  Bizim xalqımız qonaqpərvər xalqdır və yüksək səviyyədə də diqqət göstərəcəklərinə əminəm”.

Müğənni Vasif  Məhərrəmli də Avropa Oyunlarının keçirilməsini  yaxşı qarşılayır: “Azərbaycanın dünyada tanıtımı üçün çox vacibdir.  Azərbaycanın bir daha dünyaya tanınmasında “Eurovision” yarışmasından sonra Avropa Oyunlarının çox böyük rolu olacaq. İdmançılarımızdan mən də hamı kimi qələbə gözləyirəm. Amma deyə bilmərəm ki, mütləq qələbə qazanacaqlar. Heç bir idmançı da əvvəllcədən deyə bilməz ki, mən yüz faiz qələbə qazanacam. Bu, idmançıya yaraşmayan bir haldır. Mən özüm də əvvəllər 10 il güləşlə məşğul olmuşam. Güləşlə yanaşı, futbolla da məşğul olmuşam. Təbii ki, biz ancaq idmançılarımızdan qələbə gözləyirik və qələbəni də Allah nəsib etsin. Bütün idmançılarımıza uğurlar arzu edirəm və Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə sevinirəm. Allah Prezidentimizdən razı olsun ki, Avropa Oyunlarının Azərbaycana gəlməsində müstəsna xidməti oldu və biz bir daha dünyaya tanınacağıq. Çalışdığım qədər yarışmaya gedəcəm. Yarışmanın açılış günü Bakıda olmayacam deyə gedə bilmirəm, amma gələndən sonra bütün oyunlara gedəcəm. Olimpiya Oyunlarına tamaşaçı kimi getmək borcumuzdur və hər birimiz getməliyik. Hər insan bir idman növünə getsə, zal dolacaq. Bu yarışmada əsas məsələlərdən biri də idman zalının dolmasıdır.  Zalın boş olması bir az ziyanımıza olar. Bunu da xalqımız bilməlidir. Olimpiya Oyunlarında o da şərtdir ki, xalq idmana meyillidir, idmanı sevir və bütün idman növlərinə pərəstiş edirlər».

 

 

 

Rəqsanə

Tarix
4 May 2015 [20:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin