Ana səhifə
21 Noyabr 2018

“Qondarma prezidentin sözlərinə şərh vermirik” - XİN

Azərbaycan Xarici İşlər Nazirliyi “Qondarma “Dağlıq Qarabağ Respublikası”nın rəsmisi ABŞ, Rusiya və Fransa prezidentlərini Dağlıq Qarabağa səfərə dəvət edib” xəbərinə münasibət bildirib.

 

 

"Ucnoqta.az" xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AzNews.az-a deyib ki, XİN qondarma rejimin dırnaqarası prezidenti adlandırılan şəxs barəsində şərh vermir:

“Çünki ortada Ermənistanın işğalı və təcavüzü var. Münaqişənin məsuliyyət daşıyan digər tərəfi Ermənistan olduğundan o, nəsə fikir söyləsə, biz buna münasibət bildirə bilərik. Qondarma, əldəqayırma bir rejimin prezidenti adlandırılan həmin şəxsi qəbul etmirik. Odur ki, onun dediklərini də şərh etmirik”.

 

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bütün dünya dövlətləri tərəfindən tanındığını deyən XİN rəsmisinin sözlərinə görə, ATƏT-in Minsk qrupu dövlətləri tərəfindən də tanınır.

 

Qeyd edək ki, qondarma “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” Bako Saakyan ATƏT-ın Minsk qrupunun həmsədrləri vasitəsilə ABŞ, Rusiya və Fransa prezidentləri - Barak Obama, Vladimir Putin və Fransua Ollanda Qarabağa səfər etmək barədə dəvət göndərib.

Tarix
20 Oktyabr 2014 [16:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin