BƏƏ bazarında “Made in Azerbaijan” brendi

11:15 - 25 Yanvar 2023 - İQTİSADİYYAT

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bazarında “Made in Azerbaijan” brendi kifayət qədər təşviq edilir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycanın BƏƏ-dəki ticarət nümayəndəsi Elnur Şükürov iki ölkə arasında iqtisadi əlaqələrin vəziyyəti ilə bağlı bildirib.

E.Şükürov əlavə edib ki, sərgi və pavilyonlarda Azərbaycan stendləri qurulur. Körfəz regionunun ən böyük qida sərgisi hesab olunan “Gulfood” sərgisində hər il “Made in Azerbaijan” brendi təşviq olunur: “Bundan başqa, bir sıra satış yarmarkalarında, məsələn, “Global Village”də məhsullarımızın nümayişi və satışı həyata keçirilir”.

Ticarət nüməyəndəsi əlavə edib ki, cari ildə və qarşıdan gələn illərdə Səudiyyə Ərəbistanı Krallığında keçiriləcək sərgilərdə təmsil olunmaq barədə danışıqlar və məsləhətləşmələr aparılır.

Pünhan

Xəbər xətti