Kənd təsərrüfatı məhsullarının ixracı artıb

16:19 - 24 Yanvar 2023 - İQTİSADİYYAT

2022-ci ilin yanvar-dekabr aylarında ölkədən 886,1 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulları ixrac olunub ki, bu da bir il öncəki göstəricini 1 faiz üstələyir.

Ucnoqta.az xəbər verir ki, ötən il 218,9 milyon dollar dəyərində 247,8 min ton tərəvəz məhsulları ixrac olunub ki, bu da 2021-ci ilə nisbətdə dəyər ifadəsində 0,6 faiz, həcm olaraq isə 7 faiz azdır.

Ötən il ölkədən 35,1 milyon dollar (12,5 faiz az) dəyərində 78,3 min ton (15,2 faiz az) kartof, 167,6 milyon dollar (4,6 faiz çox) dəyərində isə 141,4 min ton (azalma 2,6 faiz) pomidor ixrac edilib.

İl ərzində 448,7 milyon dollar dəyərində 396,0 min ton meyvə ixrac edilib ki, bu da 2021-ci ilin göstəricisindən müvafiq olaraq 9,4 faiz və 5,6 faiz çoxdur.

Heyvandarlıq məhsulları üzrə ixracın dəyəri isə 2,4 milyon dollar və ya 42,1 faiz artaraq 8,1 milyon dollar təşkil edib. Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, xam ipək və diri heyvanların dəyəri daxildir.

Xəbər xətti