“Kurtlar Vadisi” "Disney Plus"da yayımlanacaq?

17:36 - 23 Yanvar 2023 - MAQAZİN

Necati Şaşmazın baş rolda oynayacağı "Kurtlar Vadisi" serialının yeni bölümlərinin "Disney Plus"da yayımlanacağı iddia edilib. 

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, gündəm yaradan iddiadan sonra "Disney Plus"dan açıqlama gəlib.  Bildirilib ki,  şirkət serialın yayımı bağlı heç bir təklif almayıb. 

Serialın harada yayımlanacağı və aktyor heyəti hələ ki, məlum deyil.

 

Xəbər xətti