Ana səhifə
18 Noyabr 2018

Avropa Şurasının komissarı Azərbaycana gəlir

Avropa Şurasının insan hüquqları üzrə komissarı Alexandr Ketzel Azərbaycana gəlir.

Ucnoqta.az bildirir ki, bu haqda AzadlıqRadiosuna Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva deyib. Onun sözlərinə görə, oktyabrın 21-də Ketzel bir sıra vətəndaş cəmiyyəti fəalları ilə görüşəcək.

Avropa Şurası rəsmisinin eyni zamanda  oktyabrın 22-də REAL Hərəkatının həbsdəki sədri İlqar Məmmədovun ailəsi ilə görüşəcəyi də qeyd olunur. Bu haqda REAL-dan məlumat verilib.

Avropa Şurasının Azərbaycandakı nümayəndəliyindən səfərin məqsədi və görüşlər haqda məlumat verilməyəcəyi bildirilib.

 

Tarix
20 Oktyabr 2014 [20:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin