Şəhər-rayon söhbəti... - Bəhram Bağırzadə ilə yeni müsahibə - VİDEO

16:31 - 21 Yanvar 2023 - Müsahibə

Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı videomüsahibəni təqdim edib.

Ənənəvi cümə podkastının qonağı bu dəfə tanınmış aktyor, rejissor, biznesmen, Azərbaycan Respublikasının Əməkdar artisti Bəhram Bağırzadə olub.

Aparıcı ilə söhbətində o, son zamanlar sosial şəbəkələrdə müzakirə edilən şəhər-rayon söhbəti, Azərbaycan dilində olan kitabların oxunmaması və digər mövzulara toxunub.

O, verilişdə onu təhqir edən, söyən insanlara görə gün ərzində 17 dəfə dua etdiyini bildirib.

Xəbər xətti