Ana səhifə
26 Sentyabr 2018

Bakıda gəc müğənni bıçaqlandı

Bakının Nərimanov rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

 

Ucnoqta.az” APA TV-yə istinadən xəbər verir ki, Z.Bünyadov prospektində yerləşən kafedə mügənni  Elçin Məmmədov müştərini bıçaqlayıb. Hadisə  gecə saat  2 radələrində  qeydə alınıb.  Kafeyə gələn 5 müştəri yeyib-içib, onlardan biri müğənniyə atmaca atıb: "Bunlar gələndə mən oxuyurdum. Söyüş söydülər, fikir vermədim".

 

 Təqsirləndirilən şəxs onların kafedən getməsini gözlədiyini, amma müştərilərin danışmaq üçün müğənnin çölə çağırdıqlarını deyib. Bildirdiyinə görə, həmin şəxslər kafedən kənarda da onu söyüb, onu təhqir ediblər. Bundan qəzəblənən Elçin Məmmədov  Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Rəşadət Qasımovun oturduğu avtomobilə yaxınlaşıb: "Dedim düş aşağı, düşən kimi 2 zərbə endirdim".

 

 Yaralını dostları xəstəxanaya çatdırıblar.

 

 Faktla bağlı CM -nin 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Tarix
20 Oktyabr 2014 [16:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin