Ana səhifə
21 Noyabr 2018

Məşhur almaniyali dirijor Bakıda

Mayın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin “Traviata” operasının tamaşası nümayiş olunacaq.

 

 

 

Teatrın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, “Traviata” teatrın repertuarındakı ən populyar və sevilən tamaşalardan biridir. Teatrın rəhbərliyi ənənəvi olaraq əsərin bədii səviyyəsini yüksəltmək məqsədilə bu tamaşada əsas rolları ifa etmək üçün tanınmış sənət ulduzlarını dəvət edir. Bu dəfə tamaşanı idarə etmək üçün məşhur Almaniyalı dirijor, İmmlinq opera sənəti festivalının bədii rəhbəri və baş dirijoru xanım Korneliya fon Kerssenbrok dəvət olunub.

 

K.Kerssenbrok tamaşanı idarə etməklə yanaşı, teatrın aparıcı solistləri və xor artistlərinə ustad dərsləri keçəcək.

 

Tamaşada Violetta partiyasını gənc və istedadlı vokalçı, əməkdar artist, Prezident mükafatçısı Afaq Abbasova, Alfred rolunu isə əməkdar artist Fərid Əliyev ifa edəcəklər. Jermon partiyasını ifa etmək üçün isə Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Dmitri Qrişin dəvət olunub.

Tarix
3 May 2015 [12:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin