Ana səhifə
20 Sentyabr 2018

ADA Əfqanıstan rəsmilərinə təlim keçəcək

ADA-nın İxtisasartırma Proqramı Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzi, Latviyanın Xarici İşlər Nazirliyi və İsveçrənin Azərbaycandakı səfirliyi ilə birgə həyata keçirdiyi Əfqanıstanın dövlət rəsmiləri üçün “Keçid dövründə Dövlət Quruculuğu” adlı 5-ci Bakı kursuna start verib.

Ucnoqta.az ADA Universitetinin Kommunikasiya Departamentinə istinadla bildirir ki, 20-29 oktyabr 2014-cü il tarixlərində davam edəcək təlim kursunun rəsmi açılışında ADA Universitetinin rektoru, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini səfir Hafiz Paşayev, İsveçrənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Aebişer, Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hadijs Baumanis və Əfqanıstan İslam Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Miraslam Vazeri iştirak edib.

Qeyd edək ki, təlim çərçivəsində 20 əfqan dövlət rəsmisi fərqli sistemlər çərçivəsində gender, sülh və ədalət, medianın idarə edilməsi, keçid dövründə insan hüquqları, hökumət və ədalət sistemləri daxilində korrupsiya ilə mübarizə, təhsil, vətəndaş cəmiyyəti, insan təhlükəsizliyi, vətəndaş hərəkatları və ekstremizmlə mübarizə kimi mövzular ətrafında məlumatlandırılacaqlar. Eyni zamanda, iştirakçılar ADA-nın kampusu və Bakının bir sıra tarixi əhəmiyyətli yerləri ilə tanış olmaq imkanı da əldə edəcəklər.

Təlim kursunun sonunda iştirakçılar sertifikatla təltif olunacaqlar.

 

Tarix
20 Oktyabr 2014 [19:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin