Ana səhifə
18 Sentyabr 2018

Güləşçilərimizin dünyada reytinqi - Siyahı

Dünya Güləş Birliyi təqvim planı üzrə sentyabrda keçirilən dünya çempionatı və Asiya Oyunlarının nəticələrinə əsasən, bütün güləş növlərində güləşçilərin reytinq siyahısını açıqlayıb.

Ucnoqta.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, yunan-Roma güləşi üzrə reytinq siyahısında 9 güləşçimizin adı daxil edilib. Ən yaxşı göstərici dünya çempionatının gümüş mükafatını qazanan Saman Təhmasibiyə (85 kq) məxsusdur. O, reytinqdə də 2-ci yerdədir. Dünya çempionatının bürünc mükafatçıları Rəsul Çunayev (71 kq) 3-cü, Elvin Mürsəliyev (75 kq) 5-ci yerdə qərarlaşıb. Dünya çempionatını 5-ci sırada tamamlayan Həsən Əliyev (66 kq) isə, reytinqdə 7-ci pillədə qərarlaşıb.
Qadın güləşçilərin reytinq sıralamasında 4 güləşçimizin adı var. Dünya çempionatının gümüş mükafatçısı Yuliya Ratkeviç (60 kq) reytinqdə də ikinci sırada qərarlaşıb. Dünya çempionatında bürünc medal qazanan Mariya Stadnik isə, reytinqdə 4-cü sıradadır.
Sərbəst güləşçilərimizdən 11 nəfəri Dünya Güləş Birliyinin son reytinq siyahısında öz yerlərini tutub. Ən yüksək göstərici isə, Dünya çempionu Hacı Əliyevə (61 kq) məxsusdur. Hacı Əliyev Daşkənddə öz çəkisində bütün rəqiblərindən üstün olmaqla reytinqdə də ilk sırada qərarlaşıb. Dünya çempionatının gümüş mükafatını qazanan Xetaq Qazyumov (97 kq) isə, reytinqdə ikincidir.

Tarix
20 Oktyabr 2014 [19:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin