Dünyanın ən bahalı avtomobili satıldı - 135 milyon avroya

11:01 - 5 Yanvar 2023 - AVTO

Mercedes Bens zavodu özünün muzeydəki nadir avtomobilini - cəmi iki nüsxədə mövcud olan Mercedes-Benz 300 SLR Uhlenhaut Coupe-ni hərraca çıxarıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, alıcı bunun üçün 135 milyon avro ödəyib.

Sothebeys hərrac evi bu məlumatı iki həftə sonra rəsmi olaraq təsdiqləyib. Bildirilib ki, satış Ştutqard şəhərində keçirilən gizli tədbirdə baş tutub.

 

Xəbər xətti