Ana səhifə
24 Sentyabr 2018

Səhiyyə Nazirliyi yayılan biabırçı mənzərədən danışdı - FOTO

Səhiyyə Nazirliyi 3 saylı şəhər klinik xəstəxanası ilə bağlı məsələni araşdırıb.

 

Ucnoqta.az xəbər verir ki, bu barədə  axar.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli sosial şəbəkədə sözügedən xəstəxananın reanimasiya otağının qarşısının su səpilərək süpürüldüyünü əks etdirən fotolarla bağlı danışarkən bildirdi.

 

Nazirlik sözçüsü qeyd etdi ki, fotolar xəstəxananın təmir gedən hissəsində çəkilib:

 

“Bununla bağlı bizə müraciət edən kimi rəhbərliklə əlaqə saxlayıb məsələni aydınlaşdırdım. Fotolar xəstəxanaının təmir gedən hissəsində çəkilib. Ümumiyyətlə, hazırda həmin korpusda təmir işləri gedir. Özünüz də maraqlana bilərsiniz. Təmir gedən korpusda isə heç bir xəstə yatmır, həkimlər də yoxdur. Foto da işçilərdən biri reanimasiya otağının qarşısını süpürərkən çəkilib”.

 

Qeyd edək ki, Facebook  sosial şəbəkəsində “Sancaq” səhifəsi Sabunçuda yerləşən 3 saylı şəhər klinik xəstəxanasında reanimasiya otağının qarşısının tozunun su səpilərək süpürüldüyünü göstərən fotolar paylaşıb. 

 

Tarix
20 Oktyabr 2014 [15:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin