Ana səhifə
22 Sentyabr 2018

Sel 500 insanı evsiz qoydu

Ucnoqta.az” xəbər verir ki, İranın Mazandaran və Qərbi Azərbaycan əyalətlərində güclü yağışlar nəticəsində yaranan sel 11 şəhər və 20 kəndə ziyan vurub. Trend-in İranın Fars agentliyinə istinadən verdiyi məlumata görə, sel bu şəhər və kəndlərdə 500 nəfərin evsiz qalmasına səbəb olub.

İranın Qırmızı Aypara Cəmiyyətinin sözçüsü Hüseyn Derəxşan deyib ki, Mazandaran əyalətinin Sari, Ramsər, Çalus, Babul, Nur və Noşəhr şəhərlərində və Qərbi Azərbaycan əyalətinin Urimiya, Səlmas, Oşnəviyyə, Nəqədə və Piranşəhr şəhərlərində sel evlərə ziyan vurub.

Onun sözlərinə görə, sel nəticəsində 130-dan çox evi su basıb. Hazırda evlərin palçıq və sudan təmizlənməsi istiqamətində işlər görülür.

H.Derəxşan əlavə edib ki, sel 140 avtomobili özü ilə aparıb.

Tarix
20 Oktyabr 2014 [15:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin