Ana səhifə
19 Sentyabr 2018

Kann festivalının proqramı açıqlandı

Kann festivalı “Cannes classics” proqramını açıqlayıb. Kulisin Gazeta.ru saytına istinadən verdiyi xəbərə görə, Sergey Eyzenşteynin “İvan Qroznı” filmi 68-ci Kann festivalının “Cannes Classics” - “Kann klasssiki” - proqramına salınıb.

 

 

 

Film “Çimərlikdə kino” ənənəvi nümayiş seriyası çərçivəsində təqdim olunacaq.

 

“Kann klassiki”nin fəxri qonağı yunan-fransız rejissor Kosta-Qavres olacaq. Kosta-Qavres 1982-ci ildə “İtkin düşmüş” filminə görə “Qızıl Palma budağı” almışdı. Builki festivalda onun 1969-cu ildə çəkdiyi “Dzeta” filmini göstərəcəklər.

 

“Kann klassikası” həmçinin rejissor Orson Uellsin 100 illik yubileyini də qeyd edəcək. Proqrama “Vətəndaş Keyn” və “Şanxaylı ledi” filmləri salınıb. Bundan əlavə yubilyar haqqında Elizabet Kapnistin çəkdiyi “Orson Uells. Əfsanənin kəşfi”, sonra Klara və Culiya Kuperberqlərin “Bu Orson Uellsdir” sənədli filmləri, Kerol Ridin “Üçüncü adam” filmi (Bu filmdə Orson Uells baş qəhrəmanı oynayır) göstəriləcək.

 

“Kann klassikası”nda Viskontinin “Rokko və onun qardaşları”, Lui Mallın “Eşafota qalxan lift”, Usman Sembenin “Qaradərili...”, Loran Potun “Yanan gözlər”, Fernando Solanasın “Cənub”, Kebdzi Midzoqutinin “Gecikmiş xrizontema haqqında povest”, “Mikloş Yançın “Ümidsiz”, Mişel Bronun “Əmrlər”, Luis Pentsonun “Rəsmi tarixçı”, Aleksandr Kordının “Marius”, Lino Brokun “İnsianq”, Kindzi Fukasakunun “Qaydasız müharibə” filmləri bərpa olunmuş versiyada təqdim olunacaq. Rejissor Barbet Şrederin şərəfinə onun 1969-cu ilə çəkdiyi “Yenə” filmi nümayiş olunacaq.

 

Bu proqramda həmçinin 2015-ci ildə vəfat edən portuqaliyalı rejissor Manoel de Olieyr də yad olunacaq: onun 1982-ci ildə çəkdiyi və Portuqaliyadan başqa heç harada nümayiş olunmayan “Səfərlər, yaxud memuarlar və etiraflar” filmi nümayiş olunacaq.

 

“Kann klassikası”nda həmçinin Alfred Hiçkok, Fransua Trüffo, Sidni Lyümet, Stiv Makkuin, Harold Lloyd, Lilian Qiş və İnqrid Berqman kimi aktyor və kinematoqrafçılar haqqında sənədli filmlər təqdim olunacaq.

 

Tarix
1 May 2015 [14:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin