Ana səhifə
17 Noyabr 2018

Musiqili Teatrın “2015-ci kvartal”ı

Azərbaycan Dövlət Musiqili Teatrında daha bir yeni tamaşanın məşqlərinə start verilib.

 

 

 

Söhbət İlqar Fəhminin “2015-ci kvartal” əsərindən gedir. Teatrın Mətbuat xidmətindən bildirilib ki, yaradıcı heyəti əsasən gənclərdən ibarət olan bu tamaşanın quruluşçu-rejissorları Anar Sadıqov və Əlif Cahangirlidir. Qeyd edək ki, bu tamaşa ilə onlar Musiqili Teatrda rejissor kimi debüt edəcəklər. “İnsanların mənəvi aşınması, cəmiyyətdə təmiz və köməksiz insanların iç dünyası, köhnə Bakı haqqında nostalji hisslər və əzəmətli yeni Bakı haqqında düşüncələr tamaşanın leytmotivini təşkil edir. Səhnə əsərinin “2015-ci kvartal” adlandırılması da təsadüfi deyil. Hamı inanır ki, 2015-ci il böyük layihələrlə, yeniliklərlə yadda qalacaq. Təqribən bir aydan sonra start götürəcək Avropa Oyunlarının Bakıda keçirilməsi də bunun əyani subutudur”, -  deyə Anar Sadıqov və Əlif Cahangirli tamaşa haqqında danışarkən bildiriblər.

Qeyd edək ki, tamaşanın quruluşçu-rəssamı Elgün Vəliyev, quruluşçu-baletmeystrləri Yelena və Zakir Ağayevlərdir.

Tamaşada Gültac Əlili, Əliməmməd Novruzov, Emil Heydərov, Səmədzadə Xasıyev, Türkel Şabanova, Hüseyn Əlili, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Şaban Cəfərov, Nicat Əli, Fərid Rzayev, Nərmin Əliyeva, Rəmail Bayramlı kimi gənc aktyorlarla yanaşı, təcrübəli aktyorlar - xalq artisti Ramiz Məmmədov, əməkdar artist Şövqi Hüseynov və Nadir Xasıyev iştirak edir.

Qeyd edək ki, tamaşanın bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətovdur.

Tarix
30 Aprel 2015 [20:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin