Ana səhifə
19 Sentyabr 2018

Balakən rayonunda 138,8 milyon manatlıq məhsul buraxılıb

Rayon ərazisində yaşılaşdırma işləri uğurla aparılıb

 

 

 

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilində Balakən rayonunda uğurlu işlər görülüb. Proqram çərçivəsində görülən işlər rayonun böyük potensiala sahib olduğunu göstərir. Yerli büdcə vəsaitləri hesabına Katex 1 saylı, Kortala və Beretbinə kənd tam orta məktəblərində, şəhər 2 və 4 saylı uşaq bağçalarında, uşaq texniki yaradıcılıq mərkəzində, Katexkombinat sənətkarlar evində, Qaysa və Hənifə kənd həkim məntəqələrində  təmir işləri aparılıb. Məcburi köçkünlər üçün inşa edilən 45 mənzilli binanın tikintisi tamamlanıb və bina köçkün ailələrinin istifadəsinə verilib. Bu isə onların həyat şəraitini xeyli yaxşılaşdırıb. Yolların çəkilməsi, təmiri həyata keçirilib. 2014-cü ildə respublika və rayon əhəmiyyətli avtomobil yollarında asfalt-beton qarışığı ilə 11155 kvadrat metr, çınqıl materialı ilə 175735 kvadrat metr cari təmir işləri aparılıb, şəhərin 11 küçəsində  14854 kvadratmetr sahə asfaltlaşdırılıb. Ötən dövrdə ümumi sahəsi 4720 kv.metr  olan 40 fərdi yaşayış evi, ümumi sahəsi 2205 kv.metr olan 21 xidmət və sahibkarlıq obyekti tikilərək istifadəyə verilib.

Balakən rayon ərazisində yaşılaşdırma işləri uğurla aparılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA  İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən ümumrespublika yaşıllaşdırma marafonu çərçivəsində ölkəmizin bütün guşələrində start verilən ağacəkmə kampaniyasına bu rayonda qoşulub, Katex-Balakən magistral yolunun kənarlarında, şəhərin küçə və parklarında 4000-dən çox ağac, minlərlə  dekorativ kol və güllərin əkilməsi təmin edilib. Ağacəkmə kampaniyası 2015-ci ildə də davam etdirilir.

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilində rayon büdcəsinin ümumi gəlirlər üzrə proqnozu 100,6 faiz, cari gəlirlər üzrə proqnozu isə 119,4 faiz yerinə yetirilib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə  ümumi gəlirlər 10,5 faiz, cari gəlirlər  22,4 faiz artıb. Rayüonda ümumi məhsul buraxılışı 138.8  milyon manat təşkil edib, 59,5 milyon manatlıq kənd təsərrüfatı məhsulu, 6,3 milyon manatlıq sənaye məhsulu istehsal edilib, 20,6 milyon manatlıq tikinti işləri görülüb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulu istehsalı 3,4 faiz, sənaye məhsulunun həcmi 1,8 faiz artıb. Ümumi məhsul buraxılışında kənd təsərrüfatının istehsalının xüsusi çəkisi 42,9 faiz, sənayenin xüsusi çəkisi 4,5 faiz, tikinti işlərinin həcmi 14,9 faiz təşkil edib. Orta aylıq əmək haqqı 2013-cü illə müqayisədə 1,6 faiz artaraq 254,5 manat olub.

Sahilbərkitmə və əhalinin təhlükəsizliyi tədbirləri çərçivəsində ümumilikdə bütün iri çaylarda 870 p/m daş-beton bənd tikintisi aparılıb ki, bu da son illərin ən yaxşı göstəricisidir. Mazımçay sistemində 180 p/m, İnterçay  sistemində 405 p/m, Balakənçay sistemində 185 p/m, Katexçay sistemində 100 p/m uzunluğunda daş-beton bənd tikilib.  Balakən çay sistemində daş-beton bəndlərdə 600 kubmetr həcmində təmir işləri aparılıb. Çaylarda 7,4 km, suvarma kanallarında isə 27 km məsafədə məcra təmizləmə işləri görülüb.

Azərbaycan Respublikası Prezidentinin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 29 yanvar 2014-cü il tarixli Sərəncamına əsasən rayonun kəndlərində 10 artezian quyusu qazılaraq istifadəyə verilib. Sarıbulaq kəndində mövcud su quyusundan istifadə etməklə 3 km məsafədə su şəbəkəsi qurulub. Ölkə Prezidentinin növbəti Sərəncamı ilə cari ildə rayonda daha 7 artezian quyusunun qazılması nəzərdə tutulub.

Əhalinin içməli su ilə təminatı yaxşılaşdırılıb. Bu məqsədlə su anbarları, magistral və şəhər su xətləri təmir olunub, şəhərin Rafiq Səmədov küçəsinin su və kanalizasiya xətləri 1200 p/m məsafədə yeni polietilen borularla çəkilmiş, Ə. Ansuxski və Nizami küçələrində yerləşən 3 yaşayış binasının su və kanalizasiya xətləri yenilənmiş, kanalizasiya  baxış quyuları tikilib.

Əhali və qeyri əhali abonentlərinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün xətt təsərrüfatında cari təmir işləri aparılıb, 117 transformator cari, 28 transformator isə əsaslı təmir olunub. Təsərrüfata xidmət edən avadanlıqlar-güc transformatorları, açar və ayırıcılar yenilənib və ya təmir edilib, 44 dəmir-beton, 57 ağac dayaq basdırılıb, 0,4 kvt-luq xətlər 3,2 km məsafədə SİP kabellə çəkilib.

İl ərzində müxtəlif səbəblərdən qazlaşdırılmamış 1885 mənzil qazlaşdırılaraq ümumi abonent sayı 20311-ə çatdırılıb. Qazın fasiləsiz verilməsini və təzyiqin tələb olunan rejimdə saxlanılmasını təmin etmək məqsədilə tənzimləyici şkaflara və siyirmələrə, daşıyıcı qaz xətlərinə texniki xidmət göstərilib, zəruri hallarda xətlərin yeri dəyişdirilib. 2014-cü il ərzində əhaliyə verilmiş elektrik enerjisinin dəyəri 80,3 faiz, içməli suyun dəyəri  83,3 faiz, qazın dəyəri 95,8 faiz  ödənilib. Qış mövsümünə hazırlıqla əlaqədar şəhər əhalisinə və müəssisələrə istilik xidməti göstərən qazanxanalarda, magistral və məhəllədaxili istilik xətlərində təmir və yoxlama işləri aparılıb, zəruri avadanlıqlar gətirilərək quraşdırılıb. Şəhərin Heydər Əliyev prospekti 41 ünvanında yerləşən beşmərtəbəli  binaya istilik xidməti göstərilməyə başlanılıb.

Əhaliyə rabitə xidmətlərinin göstərilməsi sahəsində Meşəşambul və Qazma kəndlərində hər biri 256 nömrə tutumlu yeni elektron telefon stansiyası quraşdırılıb, xətt şəbəkəsi qurulmaqla əhaliyə telefon çəkilişi davam etdirilir. Ə. Ansuxski küçəsində 400 metr kabel yer altına köçürülüb, R. Səmədov küçəsində 700 metr məsafədə hava rabitə xətləri yenisi ilə əvəz olunmuş, kəndlərdə 2400 metr məsafədə kabel təmir olunub. 2014-cü ildə internet istifadəçilərinin sayı 856 nəfər artıb, 427 nəfərə telefon çəkilərək abonent sayı 7431 nəfərə çatdırılıb. Kənd elektron telefon stansiyalarında 12  DSLAM  (deslam) avadanlığı quraşdırılıb. 2014-cü ildə məcburi dövlət sosial sığorta haqlarının toplanması proqnozunun yerinə yetirilməsi sahəsində proqnoz tapşırığına 93  faiz əməl olunub. 1 yanvar tarixinə uçotda olan pensiyaçıların sayı 12415 nəfər, aylıq pensiya tələbatı 1,8  milyon manat, orta aylıq pensiya məbləği 151 manat olmuş, əhalinin pensiya tələbi ödənilib. Əhalinin sosial müdafiəsinə əlavə təminat yaradan sığorta sahəsində daşınmaz əmlakın icbari sığortası üzrə vətəndaşlarla  676  müqavilə bağlanıb və ya rayon üzrə mövcud evlərin cəmi 3,4 faizi sığortalanıb. İl ərzində məşğulluq mərkəzinə 369 nəfər işaxtaran vətəndaş müraciət edib. 16 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub, 21 nəfərə “işsiz” statusu verilib.

Ötən dövr ərzində ümumilikdə 1220 iş yeri açılıb, onlardan 620-i daimi, 600 iş yeri isə mövsümi və müvəqqəti iş yerləridir. Cari tədris ilində ümumtəhsil məktəblərində 11880 nəfər şagird təhsilə cəlb edilib. Bu  əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 211 nəfər çoxdur. Məktəblərin maddi-texniki və tədris bazasının yaxşılaşdırılması istiqamətindəki işlər davam etdirilib, müasir avadanlıq və tədris vəsaitləri ilə təchizata, həmçinin qış mövsümünə hazırlıq məsələlərinə böyük diqqət yetirilib. İnformasiya və kommunikasiya texnologiyalarının təhsil müəssisələrində tətbiqi ilə bağlı xeyli iş görülüb. Rayon məktəblərində 632 ədəd müasir tipli kompüter vardır və hər 18 nəfər şagirdə 1 kompüter düşür. 226 kompüter sürətli internet şəbəkəsinə qoşulub.

 

Tarix
30 Aprel 2015 [19:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin