Ana səhifə
12 Noyabr 2018

Balakən fermerləri satışı yarmarkalarında fəal iştirak edib

Bu yarmarkalarda 117 ton müxtəlif növ meyvə və tərəvəz məhsullarının satışı təşkil edilib

 

 

2014-cü ildə respublikamız sosial-iqtisadi, siyasi, mədəni həyatın bütün sahələrində dinamik inkişaf edib. Bu inkişaf regionların simasını dəyişdirib. Əhalinin həyat şəraiti yaxhılaşıb və onların işlə təminatı yaxşılaşıb. Yeni sənaye müəssisələrinin yaranması, infrastrukturun yenidən qurulması, kənt təsərrüfatı nın inkişafı sahəsində görülən tədbirlər, turizm obyektlərin artması, xidmətin keyfiyyətinin yüksəlmiəsi və s. regionlardan iri şəhərlərə axının qarşısını alıb. Artıq iş arxasınca Bakı, Gəncə, Sumyayıt və digər iri sənaye mərkəzlərinə getməyə ehtiyac qalmayıb. Çünki regionlarda açılan yeni iş yerlərinin hər il artması onların işlə təminatında mühzüm rol oynayır. Ölkənin bütün vətəndaşları kimi balakənlilər də bu inkişaf və quruculuq prosesinin fəal iştirakçısı olublar. 2014-cü ildə rayonda investisiya və Dövlət Proqramlarının icrası davam etdirilib, tikinti, abadlıq-quruculuq işləri keyfiyyətlə aparılıb.

2014-cü ilin iqlim şəraiti yazlıq bitkilərin optimal müddətdə əkilməsi üçün əlverişli olub, əkin sahələrinin 2,7 faiz artırılması təmin edilib. Sahələrin 12065 hektarında payızlıq və yazlıq bitkilər əkilib, 2013-cü ilə nisbətən  qarğıdalı əkinləri 3,3  faiz, yonca əkinləri 19,9  faiz,  kartof əkinləri 1,8 faiz, lobya əkinləri 11 faiz, tərəvəz əkinləri  0,8 faiz artırılıb. Əkin sahələrinə aqrotexniki qulluq göstərilib, mineral və üzvi gübrələr verilib, zərərvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilib. İlin olduqca quraq keçməsinə baxmayaraq zəruri tədbirlərin görülməsi nəticəsində təsərrüfatlarda 39,6 min ton qarğıdalı, 22,2 min ton tərəvəz, 7,1 min ton kartof, 3,2 min ton bostan, 631 ton lobya istehsal olunub.

Balakən rayonunda meyvəçiliyin inkişaf etdirilməsinə, yeni intensiv bağların salınmasına və mövcud bağlara qulluq göstərilməsinə diqqət artırılıb, bağlardan 28,6 min ton meyvə istehsal edilib ki, onun 14,3 min tonu xurma, 3,9 min tonu fındıq, qalanı isə digər meyvələrdir.

Balakəndə heyvandarlıq aparıcı sahələrdən biridir. Onun inkişaf etdirilməsi təmin edilib və damazlıq işlərinə, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına diqqət artırılıb. «Azəryemsənaye» MMC-də məhsul istehsalı artırılıb, tara istehsalı sexi tikilib. Həmçinin, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi və qablaşdırılması üzrə yeni istehsal sahəsinin tikintisi davam etdirilir.

Quşçuluğun inkişaf etdirilməsi üçün mövcud əlverişli şərait nəzərə alınaraq Qaysa kəndində inqubasiya təsərrüfatı yaradılıb və istifadəyə verilib. Bu rayon sakinlərinin quş əti ilə təminatında rol oynayır.

Bütövlükdə, 2014-cü ildə aqrar sahədən 59,5 milyon manatlıq gəlir əldə edilib ki, bu da  əvvəlki ilə nisbətən 2 milyon manat çoxdur. İstehsal olunan məhsulların 54,3 faizi, yəni 32,4 milyon manatı bitkiçilik, qalan 45,7 faizi, yəni 27,1 milyon manatı isə heyvandarlıq məhsullarının payına düşub.

Kənt təsərrüfatının məhsuldarlığını artırmaq üçün fermerlərin gübrə ilə təchiz olunması istiqamətində işlər görülüb. 2014-cü ildə istehsalçılara güzəştlə 917 ton və ya əvvəlki ilə nisbətən 366 ton mineral gübrə artıq satılıb. Mineral gübrələrin 812 tonu «Aqroservis» filialı tərəfindən güzəştli qaydada gətirilən gübrələrdir. Bu  da istehsalın artırılması üçün aqrotexniki xidmətin yaxşılaşdırıldığını göstərir. Rayonda qarğıdalı əkinin və istehsalının artması ilə əlaqədar kənd təsərrüfatı istehsalçılarının biçin mövsümündə texnikaya olan tələbatının ödənilməsi üçün əlavə 2 kombayn gətirilib, lizinq yolu ilə 17 ədəd kənd təsərrüfatı texnikasının istehsalçılara verilməsi təmin edilib. Bu tədbirlər məhsulun itkisiz yığılmasında önəmli rol oynayıb.

Rayonun fermerləri Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında fəal iştirak edib və bu yarmarkalarda 117 ton müxtəlif növ meyvə və tərəvəz məhsullarının satışı təşkil edilib. Aydındır ki, bu kimi tədbimrlər paytaxt saxinlərinin ucuz və keyfiyyətli məhsulla təmin olunmasında rol oynayır. Eyni zamanda, “Novruz” bayramı, “31 dekabr-Dünya Azərbaycanlılarının  həmrəyliyi  günü” və “Məhsul bolluğu” bayramları ərəfəsində rayonda da   kənd təsərrüfatı məhsullarının satışı yarmarkaları təşkil olunub və bu cür tədbirlər əhali tərəfindən razılıqla qarşılanıb.

Ötən ildə bələdiyyələr tərəfindən həyətyanı üçün 107 nəfərə 7.0 ha, sahibkarlıq fəaliyyəti üçün 12 nəfərə  hərrac yolu ilə 993 m2 torpaq sahəsi satılıb.

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə  2014-cü ildə rayon üzrə 15 sahibkara 189 min manat  güzəştli kredit verilib. Bu kreditlər hesabına 14 yeni iş yeri yaradılıb.

2014-cü ildə taxıl və bostan məhsulları istisna olmaqla bütün növ kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində artıma nail oluub, əvvəlki ildə olduğu kimi qarğıdalı istehsalı sahəsində birincilik qorunub saxlanılıb. Əldə olunmuş uğurlar Heydər Əliyev parkında “Məhsul bolluğu” bayramı keçirilməklə qeyd olunub, rayonda istehsal olunan bütün növ kənd təsərrüfatı məhsullarının nümayiş etdirildiyi bayram tədbirində çox sayda rayon sakini və qonaqlar iştirak edib.

2014-cü ildə respublikanın hər yerində olduğu kimi Balakən rayonunda da abadlaşdırma, tikinti, təmir və quruculuq işlərinə xüsusi diqqət yetirilib.

Ölkə Prezidenti cənab İlham Əliyevin 2013-cü ilin avqust ayında imzaladığı Sərəncama əsasən tikintisi üçün vəsait ayrılmış Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala yolunda işə başlanıb və hesabat ilində yolun 16,2 km-lik hissəsində işlər başa çatdırılıb.

Şəhərin Rafiq Səmədov küçəsində yerləşən bağ abadlaşdırılaraq yenidən qurulub və burada Soyqırım qurbanlarının xatirəsinə abidə kompleksi tikilib, “Veteranlar bağı” salınmış, küçələrdə yol nişanları daha müasirləri ilə əvəz edilib. Şəhərdə 20  kommunal binanın dam örtüyü dəyişdirilib, 13 binanın isə fasad hissələri mişar daşı və dekorativ daşlarla üzlənib. Heydər Əliyev adına mədəniyyət və istirahət parkının giriş hissəsi, “Şəhidlər xiyabanı” yenidən qurulub, şəhərin Heydər Əliyev və Atatürk prospektlərində, Nəriman Nərimanov, Rafiq Səmədov, Məhəmməd Əsədov, Əli Ansuxski küçələrində və Soyqırım bağında 18183 kvadrat metr tamet plitə, 5422 poqonmetr  bardür düzülüb, 2271 kvadrat metr küçə divarı dekorativ daşlarla üzlənib, 310 yeni işıq dirəyi basdırılıb. Balakənçay körpüsünün kənarı yeni üslubda abadlaşdırılıb. Qabaqçöl qəsəbəsinin mərkəzində yerləşən park abadlaşdırılıb, ərazi işıqlandırılıb. Hazırda Qullar və Qazbinə kəndlərinin ərazisində və Heydər Əliyev prospektində yol kənarlarının abadlaşdırılması işləri davam etdirilir.

Məktəb tikintisi sahəsində 280 yerlik Talalar 2 saylı kənd tam orta məktəbinin inşası başa çatdırılıb və bina yeni dərs ilində şagirdlərin istifadəsinə verilib. Rayonun Qaysa kəndində 20 yerlik, Şərif və Şambul kəndlərində 40 yerlik körpələr evi-uşaq bağçası tikilərək istifadəyə verilib. Şəhərdə 100 yerlik yeni uşaq bağçasının tikintisi başa çatdırılıb, şəhər internat məktəbinin və Sarıbulaq kəndində uşaq bağçasının əsaslı təmiri, Rayon Polis şöbəsinin inzibati binasının və “Balakən-1” kiçik su elektrik  stansiyasının tikintisi davam etdirilib.

 

 

Tarix
29 Aprel 2015 [21:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin