Ana səhifə
18 Noyabr 2018

Telman İsmayılov Van Damı Türkiyəyə çağırdı - FOTOLAR

Xəbər verdiyimiz kimi, Türkiyənin Antalya şəhərində 51-ci Beynəlxalq “Qızıl Portağal” film festivalında mükafatlandırma mərasimi keçirilib. 

Ucnoqta.az-ın “Hürriyet”ə istinadən məlumatına görə, azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin “Ən yaxşı aktrisa” nominasiyası üzrə mükafata layiq görüldüyü gecədə dünya şöhrətli aktyor Jan Klod Van Dam da iştirak edib. “Mardan Palace Otel”in sahibi, azərbaycanlı iş adamı Telman İsmayılovun ailəsinin xüsusi dəvəti ilə Honq-Konqdan Türkiyəyə yollanan V.Dam Antalyada ilk dəfə olduğunu deyib:
 
“Bura gəldiyimə görə çox xoşbəxtəm. Siz olmasaydınız, mən bu səviyyəyə çatmazdım”. 

Mükafatlandırma mərasimində onunla selfi çəkdirmək istəyənlərin xətrinə dəyməyən dünya ulduzu Antalyanın bələdiyyə sədri Menderes Türel tərəfindən gecənin xüsusi mükafatına layiq görülüb. 

Qeyd edək ki, aktyor T.İsmayılovun adıçəkilən otelində qalır.

Tarix
20 Oktyabr 2014 [13:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin