Ana səhifə
18 Sentyabr 2018

Bakıda 88 avtomobil oğurlanıb

Bu ilin 9 ayı ərzində paytaxt ərazisində 88 avtomobil oğurlanıb.

Ucnoqta.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsindən Trend-ə bildiriblər ki, cinayətkarlıqda mübarizə tədbirləri nəticəsində onlardan 66 cinayətin üstü açılıb və cinayətkarlar məsuliyyətə cəlb ediliblər. Oğurlanmış avtomobillərlər bağlı 22 cinayətin isə üstü açılmamış qalıb. Hazırda həmin istiqamətdə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Hesabat dövründə paytaxtın yol polisi əməkdaşları tərəfindən qanunsuz olaraq silah gəzdirən bir nəfər tapança ilə tutulub. Bundan başqa, axtarışda olan 6 cinayətkar tutulub, qanunsuz olaraq narkotik maddə saxlama ilə əlaqədar isə 4 fakt aşkar edilib.

 

Tarix
20 Oktyabr 2014 [13:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin