Məhkəmə çevrilişdə şübhəli bilinən 23 nəfəri həbs edib

18:52 - 9 Dekabr 2022 - DÜNYA

Almaniya məhkəməsi dövlət çevrilişində şübhəli bilinən 23 nəfəri həbs edib

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, həbs edilənlər arasında Rusiya Federasiyası vətəndaşı da var. Şübhəlilərdən birinin üzərindən məmurların və jurnalistlərin də olduğu qondarma “düşmən”lərin siyahısı tapılıb.

Orada xüsusilə xarici işlər naziri Annalena Berbok, Sosial Demokrat Partiyasının rəhbəri Saskia Esken və siyasi qüvvənin baş katibi Kevin Künert, XDİ və partiyanın parlament fraksiyasının lideri Fridrix Merz və kanslerliyə keçmiş namizəd, yüksək səviyyəli siyasətçi olub.

Xatırladaq ki, alman polisi Bundestaqı ələ keçirmək və siyasətçiləri girov götürmək niyyətində olan “Reyx vətəndaşları” adlı qrupun üzvlərini saxlayıb.

Xəbər xətti