“Azərbaycanda ərzağın qiyməti 60 faiz bahalaşıb” - Əli Əsədov səbəbini AÇIQLADI

13:06 - 9 Dekabr 2022 - Xəbər

Baş nazir Əli Əsədov Milli Məclisin iclasında Azərbaycan üzrə ərzaq və dərman qiymətlərinin artmasının səbəbini açıqlayıb. 

Baş nazir Rusiya-Ukrayna müharibəsi səbəbi ilə dünya iqtisadiyyatında cərəyan edən mənfi tendensiyaları diqqətə çatdırıb.

“Qlobal təchizat zəncirində qırılmalar müşahidə edilir, dünyada ərzaq qiymətlərinin bahalaşmasına gətirib çıxarır. Dünya iqtisadiyyatı tənəzzüllə üz-üzə qalıb. Bu proseslər Azərbaycana da təsir edir, inflyasiya təzyiqlərini artırır. İnflyasiya nəticəsində Azərbaycanda ərzağın qiyməti 60 faiz bahalaşıb”, - deyə o əlavə edib. 

Dərman vasitələrinin bahalaşmasına gəlincə, Əli Əsədov deyib ki, ölkədə son qiymət artımı 277 adda dərman vasitəsinə tətbiq olunub. 

“Bu da ümumi dərmanların cəmi 2 faizidir. Onlardan da 126 adda dərman vasitəsi Rusiya, Ukrayna və Belarusdan idxal olunan dərmanlardır. Ona görə də, bu ölkələrdən idxal olunan dərmanların qiymətinin artması qaçılmaz idi. Onu da deməliyəm ki, Azərbaycanda həyati vacib əhəmiyyətli dərmanların təminatında hər hansı ciddi çətinlik müşahidə olunmur”, - deyə baş nazir bildirib.///oxu.az

Xəbər xətti